Lubuntu və digər LXDE distrubitivlərində Azərbaycan şriftli klaviatura.

Hər kəsə salamlar. Bu yazımda bir çox azərbaycanlı Linux istifadəçilərinin şikayətçi olduğu bir mövzunu həll etməyə çalışacam. Əgər nə vaxtsa Lubuntu və ya LXDE(LXQT) mühitli başqa bir distrubitivlə işləmisinizsə Azərbaycan dilini klaviaturaya əlavə etməyin mümkün olmadığını görmüsünüz(əslində mümkün olduğunu göstərəcəm bu yazıda :D ). Mən özüm uzun bir müddət LXDE istifadə etməli olmuşdum və bu problem gözümə çox batırdı. Ən sonda təsadüfən bir yol tapdım və bunu sizinlə paylaşmaq istəyirəm.

  • İlk başda LXDE panelin üzərinə sağ düymə ilə klikləyin və daha sonra Add/Remove Panel Items seçiminə klikləyin.

Addım 1

  • Daha sonra açılan pəncərədən Add düyməsinə basın və Keyboard Layout Handler seçib əlavə edin.

Addım 2

  • Bundan sonra ekranın sağ alt küncündə mövcüd klaviatura dil seçiminə uyğun ölkə bayrağı və ya dilin qısa adı(US, AZ kimi) görünməlidir.

Addım 3

  • Həmin bayrağın üzərinə sağ düymə ilə klikləyin və “Keyboard Layout Handler” Settings ilə klaviatura nizamlamalarına keçin.

Addım 4

  • Açılan pəncərədə əvvəlcə Keep system layouts seçimini deaktiv edin, ardınca Add düyməsinə basaraq Azərbaycan dilini əlavə edin. Əgər istəsəniz, burada Change Layout Option ilə klaviaturadaki dillər arasında keçid etmək üçün istifadə etmək istədiyiniz kombinasiyanı da seçə bilərsiniz. Windows adətlərindən xilas ola bilməyənlər üçün Alt+Shift seçimi mövcuddur :)

Addım 5

  • Və sonda paneldə Azərbaycan bayrağını görürük. Həmçinin bayraqların üzərinə klikləyərək də dillər arasında keçid edə bilərsiniz.

Addım 6

Xoş istifadələr :)

Written on January 31, 2016